Interposta.Info

Ərdoğan Azərbaycanla bağlı Putinlə danışdığı məsələləri AÇIQLADI

Siyasət / Manşet
 20-07-2022, 17:46     249

“Hesab edirəm ki, ötən gün Vladimir Putin İlham Əliyevlə danışıb. Hətta mənə “İlham Əliyevin salamı var” dedi. O, Əliyevlə danışanda “Ərdoğanla görüşəcəyəm” deyib, Əliyev də “Mənim də salamımı çatdırın” deyib”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra təyyarədə jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. İlham Əliyevin dediyinə görə, həmin görüş müsbət keçib. O görüşdən sonra İlham Əliyevlə yenidən danışdım. Məndə olan məlumata görə, lazım olan istiqamət üzrə hərəkət edilir”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri yaxın vaxtlarda Zəngilan hava limanının açılışının olacağını diqqətə çatdırıb

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26