Interposta.Info

Ərdoğan Brüssel görüşünün nəticələrini yüksək qiymətləndirib

 

Siyasət / Manşet
 24-05-2022, 01:02     470

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən üçtərəfli görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Bu barədə Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Azərbaycan və Türkiyə Prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26