Interposta.Info

Paşinyandan etiraf: “7 rayonu Azərbaycana təhvil versəydim..."

Siyasət / Manşet
 14-04-2022, 09:40     372

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxış edib.

Hökumət başçısı 44 günlük müharibədən danışıb. Paşinyan bildirib ki, 7 rayonu Azərbaycana təhvil verməklə minlərlə insanın həyatını xilas etmək olarmış:

"7 rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyat xilas etmiş olardım. Bunu etmədiyimiz üçün minlərlə itkiyə səbəb olan qərarların müəllifi olduq. İndi beynəlxaq ictimaiyyət bizə açıq şəkildə deyir ki, Türkiyənin mütəffiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün böyük təhlükədir”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26