Interposta.Info

Erməni, yəhudi və biz...

Siyasət
 17-03-2022, 14:30     232

Bu gun Azərbaycan ailələrində böyüyən uşaqlarımıza – cahilliklə, dini xurafatla, rüşvətxorluqla, erməni şovinistləri ilə gedən savaşın davamçıları kimi baxılmalıdır. Bilməliyik ki, güclü və zalım yağılara sinə gərmək elə də asan və tez başa gəlməyəcək, gələ də bilməz. Bir neçə əsrin və nəslin işi, amalıdır milli rifah və azadlıq.

Erməni və yəhudi millətlərinin dünya siyasi səhnəsində qazandıqları nailiyyətlər – Ermənistandan, İsraildən çox uzaqlarda yaşayan soydaşlarının ardıcıl olaraq bir neçə millətçi nəsil yetişdirə bilmələrinin nəticəsidir. Yəhudi və ermənilərin uzun zaman milli dövlətləri olmaması səbəbiylə – onlar əsrlər boyu tarixi savaşlara birbaşa qatılmamışlar. Qatılmadıqları üçün də passionar enerji resurslarını təbii nəsil artırma yoluyla sağlaya bilmişlər. Bizdə isə durum, nə yazıq ki, tamam əksinədir. Bu da - milli düşüncə daşıyanın nəslinin azalması deməkdir.

Azərbaycanın azadlığı və rifahı naminə fəaliyyət göstərmək – uzaq ölkələrdə yaşayan soydaşlarımızın da amalı olmalıdır. Ailələr – millətin səngəridir. Səngər – döyüşə atılma üçün uyğun məqamı gözləmək məkanıdır!

Gələcəyimiz - hansı keyfiyyətdə uşaq böyütməyimizdən asılıdır. Azərbaycanın xoşbəxtliyi uğrunda aparılan çabalar – nəsillərin təbii dəyişilməsi səbəbiylə qarşıdakı onilliklərdə övladlarımıza tapşırılacaq. Dünya – elə bax bu gün evlərimizdə yetişdirdiyimiz balalarımıza miras qalacaq. Uşaqlara düzgün təlim-tərbiyə verilməsə, gələcəkdə uduzacağıq.

Avropada yaşadığım illərdə müşayət etdiyim acınacaqlı hal var. Bir yığıncaqda, qonaqlıqda milli məsələləri müzakirə edən valideynlər, bir qayda olaraq, balalarına qonşu otaqda oturmalarını, ciddi söhbətlərə mane olmamalarını tapşırırlar. Balaca qonaqlar da ev yiyəsinin övladlarına qoşulub darıxmamaq üçün kompüter oyunlarıyla, ya da televiziyaya baxmaqla vaxtlarını keçirirlər. Bir pedaqoq kimi deyə bilərəm ki, bu, yanlış yanaşmadır. Artıq psixoloqlar sübuta yetirib ki, insan beyni istənilən məlumatı yalnız şüur vasitəsiylə almır - qeyri-şüuri yolla da alır. Belə ki, adam bir söhbəti diqqətlə dinləməsə də, eşitdiyi səslər, söhbətlər, bilgilər dirək beynin dərin qatlarında ilişib qalır. Sonra isə aktiv şüur qatına keçə bilir. Övladlarımızı millətin aktual problemlərini dinləməkdən məhrum eləməklə - iki önəmli şeyi əldən veririk.

Birinci, dil məsələsidir. Çağdaş dilçilik elmi dil öyrənmənin, dil tədrisinin ən rahat yolunu – qeyri-şüuri təlim metodunda görür. Qonaqpərvər qardaş-bacılarımız, qəsdən də olmasa, yurdumuzdan uzaqlarda doğulan balaları ana dilimizi dinləməkdən məhrum edirlər. Elə bu səbəbdən də xaricdə yaşayan uşaqlar – azərbaycanca zəif danışır, kəlmələri pis anlayır, yazmaqdan isə heç danışmıram. Azərbaycandan kənarda yaşayan ailələrdə - ana dilinin davamlı və dolğun işlənməməsi sorunu da var.

İkinci məsələ – millətçilik məsələsidir. Xasiyətin, prinsiplərin formalaşdığı gəclik çağında yeniyetmə insanın milli məclislərdə passiv də olsa iştirak etməsi, passiv də olsa, söhbətləri dinləməsi – gələcəkdə ikiqat bəhrəsini verər. Dil və milli kimlik qorunar. Əks halda nəsillər arasında uçurum yarana bilər. Bizlər – millətimizin səngəri olmalıyıq. Səngər – döyüşə atılmaq üçün uyğun məqamı gözləmək məkanıdır!\İlahə Ucaruh

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26