Interposta.Info

ABŞ-da ümumamerika Qarabağ mitinqi keçiriləcək

Siyasət / Manşet
 18-02-2022, 11:09     236

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək.

Bu barədə mətumatı "Report”un yerli bürosuna Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli verib.

E.Yerdərənli bildirib ki, Kapitol binası qarşısında keçirilməsi nəzərdə tutulan mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan həmvətənlərimizin iştirakı planlaşdırılır: "Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. İcazəli, dinc mitinqi keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir. Bunun üçün də, ABŞ-da yaşana bütün həmvətənlərimizi mitinqdə iştirak etməyə çağırıram”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26