Interposta.Info

Ermənilər Kəlbəcərdəki təxribatın cəzasını ağır ödədi: İki post dağıdıldı, səkkiz hərbçi məhv edildi

 

Siyasət / Manşet
 12-01-2022, 10:35     387

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.

"İnterPosta" Oxu.az-a istinadən xəbər verir ki, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.

Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə "başını itirib”.

Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcək.

Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsın!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26