Interposta.Info

Hulusi Akar: “Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək”

Siyasət / Manşet
 21-11-2020, 11:49     913

“Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26