Interposta.Info

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı - qərar doğrumu?

Siyasət
 7-12-2017, 07:28     10 431

Avropa Şurası Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedura başlayıb.

2010-ci ildə ilk prosedur zamanı komitə rəsmən məhkəməyə hökumətin bu işlə bağlı məhkəmənin qərarlarına təsirinin araşdırılmasını tövsiyyə etmişdi.

Avropa İnsan Haqları Məhkəməsi bu qənaətə gəlib ki, İ. Məmmədova qarşı tədbir onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.
2014-cü ilin mayında məhkəmə İ.Məmmədovun cinayət işlətdiyinə dair heç bir fakt ya dəlil, onun həbsi və məhkəmədən öncə həbsinə dair məlumat ələ edilmədiyini bildirib. Məhkəmə Avropa Konvensiyasının İnsan Hüquqları Konvensiyasının 5,6 və 18-ci maddələrinin pozulduğunu müəyyən edib. Keçən 3 il ərzində Nazirlər Komitəsi bir neçə dəfə İ.Məmmədovun təcili və şərtsiz azadlığa buraxılmasına cağıran qərarlar və qətnamələr qəbul edib.

Məlumat üçün deyək ki , bu iş üzrə İ. Məmmədovdan başqa digər bütün müttəhimlər konvensiyaya və əfvə əsasən azadlığa buraxılıblar.

Avropa İttifaqı üzrə siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı başladığı prosedur və onun mümkün nəticələri haqqında bildirdi ki, AŞ Nazirlər Komitəsi İ. Məmmədovla bağlı işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib: "Həmçinin məhkəməyə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq pozuntusu sayılması üçün əlavə qərar qəbul etməsini tövsiyə edib.

Bu mövzuda qeyd etmək istədiyim əsas məqam Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Haqqları Məhkəməsinə heç bir təsir mexanizminin olmamasıdır. AŞ Nazirlər Komitəsi sadəcə qərarların həyata keçirilməsinə nəzarət edə bilər. Burda ən maraqlı məqam isə Azərbaycana qarşı başladılan bu prosedurun hüquqi bazasının mövcud olmamasıdır. Bununla artıq neçənci dəfədir ki, biz Avropa qurumlarında daxili nizamnamə və prosedur pozuntularına , bəzən isə qanun pozuntusuna gedərək ölkəmizə qarşı təzyiq və təsir görstərmək cəhdlərinin şahidi oluruq. Məhz bu gün qəbul edilmiş qərar da bunlardan biridir. Çünki Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına nə təsir, nə də hər hansı bir işin yenidən Avropa İnsan Haqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması kimi təsir funksiyası yoxdur. Bunun üçün sadəcə, hüquqi mexanizm mövcud deyil. AŞ Nazirlər Komitəsi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının həyata keçirilməsinə sadəcə nəzarət edə bilər.

Bu qərarda ən əsas məqam isə əlbəttə, Avropa Şurası Nazirlər Komitəsinin siyasi və icra qurumu olduğununu göz önündə tutmaqdır. Onun qərarlarının isə nəzarət, monitorinq əsasında tövsiyyə xarakterli olmasını , Avropa İnsan Haqları Məhkəməsinin isə beynəlxalq məhkəmə orqanı olmasını qeyd etmək istəyirəm.

İndi belə çıxır ki, biz sizinlə qanunun aliliyindən danışan və digər üzv ölkələri qanunun aliliyinə əməl etməyə çağıran Avropa Şurasının siyasi qərarla Avropa İnsan Haqları Məhkəməsinə təsir etmək cəhdinin şahidi oluruq.

Yuxarıda sadaladığım nüansları nəzərə alsaq , bu qərarın heç də hüquqa xidmət etmədiyinin şahidi oluruq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26