Interposta.Info

Mikayıl Cabbarovun Nazirliyindən... Sabirabad rayonu 12 saylı ərazi regionalda nə baş verir

Paradoks / Ölkə
 7-09-2017, 22:03     11 025

Sabirabad rayonu Babək Rəhimov adına Qəzli kənd tam orta məktəbinin təlim tərbiyə işləri üzrə direktor muavini Zəka Cabbarov interposta.info-a müraciət edərək onun ölkə rəhbərinə müraciətin mediya üzərindən yayımlanmasını istəyir.

Müraciəti olduğu kimi təqdim edirik:


Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Cənablarına

MÜRACİƏT


Çox hörmətli Cənab Prezident, sizləri narahat etdiyim üçün sizdən üzr istəyirəm . Sizlər sonuncu umid yerimsiniz və çox böyük ümidlərlə sizə üz tuturam.15 ildir ki təhsil sahəsində calışıram. 7 ildir ki təlim -tərbiyə işləri üzrə direktor muaviniyəm. Mən keçən il direktorların işə qəbulu müsabiqəsində 47 bal toplayaraq Sabirabad şəhər Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə direktor olmaq hüququ əldə etdim. Lakin müsahibə mərhələsindən mənə məlum olan səbəblərə görə kəsildim. Cünki mən imtahanla direktorluq hüququ əldə etdiyim məktəb təhsil üzrə12 saylı ərazi maliyyə hesablama mərkəzinin direktoru 65 yaşına kimi dovlətin ve dövlətçiliyin əleyhine olan qatı müxalifətci kimi ad çıxarmış, 65 yaşında məcbüriyyətdən Yap sıralarına qatılan saxta ali təhsil diplomu olan, və hal-hazırda 66 yaşı olmasına baxmayaraq hələdə iş başındakı Elxan Əsədovun şəxsi maraqlarındadır. Elxan Əsədovun qızı Könül Əsədova həmin məktəbdə direktor əvəzidir. Cənab Prezident dəfələrlə Elxan Əsədov tərəfindən təhqir olundum. Sizin qeyd etdiyiniz kimi tolerant bir dövlət olan Azərbaycanda E.Əsədov tərəfindən təriqətci cümlələrlə təhqirlərə məruz qaldım, şərəf və ləyaqətimi alçaltmağa cəhdlər etdi. Cünki mən sizin siyasətinizin bir nömrəli tərənnümçüsü və apardığınız islahatları sevərək təhsilimizə can qoymağa hazır biriyəm. Mən 15 dekabr 2016-ci ildə Cənab Nazir Mikayıl Cabbarovla görüşdüm və artan təzyiqlər barədə çox hörmətli Nazirimizə məlumat verdim. Çox sağ olsun Cənab Nazirimiz E.Əsədovu töhmət verməklə cəzalandırdı, qəti tapşırıqlar verdi ve novbəti tədris ili ücün imtahana mütləq getməyim üçün xeyir-dua da aldım. Lakin E.Əsədov yenə də bu təhqirləri ve hədə-qorxuları davam etdirməkdədir. Mən 2017-ci ildə direktorların işə qəbulu müsabiqəsində sənədlərimi böyük həvəslə təqdim etdim. lakin mənə hələ də məlum olmayan səbəblərə görə mənim ərizəm təsdiq olunmadı. Səbəb isə yerli Təhsili idarəetme orqanının haqqımda verdiyi qərəzli ve şübhəli mənfi rəyi oldu. Mən hüququm olduğu halda bu gün də haqqımda verilən rəylə tanış ola bilməmişəm. Cünki E.Əsədovun şəxsi biznesinə çevrilən Sabirabad şəhər 5 saylı tam orta məktəbi elektron ərizəmdə ilk sırada qeyd etmişdim. Mənim imtahan haqqımı əlimdən aldılar, lakin E.Əsədovun qızı yenə də imtahandan biabırçı və bərbad nəticə əldə etdi. Çox hormətli Cənab Prezident, 1500 şagirdi olan bir məktəb ardıcıl olaraq bir neçə ildir ki, ən sonuncu yerdə qərarlaşan Sabirabad təhsili ücün biabırçı şəkildə idarəetmə qabiliyyəti olmayan birinin əlindədir ve hər addımda mən təhqir olunuram haqqımda yanliş böhtan xarakterli məlumatlar yayılır..Cənab Prezident muellim işlədiyim dövr ərzində şagirdlərim dəfələrlə qalibiyyət sevincini rayon təhsilinə bəxş etməsinə baxmayaraq mənə bu gün iş meydani verən yoxdur.. Cənab Prezident yalvarıram ki mənim sonuncu ümidimi diqqətdə saxlıyasınız. Yanlış idarəetmə nəticəsində rayonumuzun təhsili çox ağır günlərini yaşayır..Xəcalət çəkirik. Buraxılış imtahanlarının nəticəsinə görə yenə də sonuncu yerdə olduq. Çünki rayon təhsili bu gün qara bazara cevrilib. Işləyəni əzirlər, saxta insanlar dəstəklənir bu gün rayonumuzda əsasən müxalifetçilər üst vəzifələrdədir. Çox hormətli Cənab Prezident mən sizə bir daha yalvarıram və böyük umidlərlə sizlərdən kömək gözləyirəm. Artan təzyiqlər artıq mənim üçün heyatı təhlükəyə çevrilməkdədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26