Interposta.Info


Dərman reklamları qanunidirmi? - Farmakoloqdan açıqlama

Ölkə / Manşet
 Bu gün, 14:34     0

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif dərman preparatları və qida əlavələrinin reklamları geniş yayılıb. Bəzi reklamlarda həmin vasitələrin həkim müayinəsi və ya məsləhəti olmadan qəbul edilə biləcəyi vurğulanır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu cür reklamlara aldanaraq dərmanların özbaşına qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər.
Farmakoloq Müşfiq Hüseynov  Goldmedia.az
açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinin bütün müddəalarına bələd deyil:
"Lakin bildiyim qədərilə dərman vasitələri və qida əlavələrinin reklamı ilə bağlı müəyyən məhdudiyyətlər var. Mənim də qarşıma müxtəlif reklamlar çıxır. Məsələn, "Mezim Forte”, "No-Şpa” və digər reseptsiz satılan preparatların reklamları yayımlanır. Bunun qanuni olub-olmamasını dəqiq demək üçün qanunvericiliyə baxmaq lazımdır. Əgər buna icazə verilirsə, deməli, reklamların yayımlanması mümkündür".
Farmakoloqun sözlərinə görə, reseptsiz satılan bəzi preparatların reklamı qanunvericiliyə uyğun olduğu halda problem yaratmır:
"Elə dərmanlar var ki, onlar apteklərdə reseptsiz satılır və həkim təyinatı tələb etmir. Məsələn, "Mezim Forte” həzm prosesini yaxşılaşdırmaq üçün istifadə olunan, uzun illərdir tətbiq edilən preparatdır. Həzm pozğunluğu olan şəxs onu aptekdən alıb istifadə edə bilər. Eyni sözləri bəziağrıkəsici preparatlar barədə də demək olar. Əgər bu dərmanların reklamı qanunvericiliyə uyğundursa, burada hər hansı qanun pozuntusundan söhbət gedə bilməz".
Müşfiq Hüseynov hesab edir ki, məsələ qanunvericilik baxımından dəqiqləşdirilməlidir: "Əgər Azərbaycan qanunvericiliyi belə reklamların yayımlanmasına icazə vermirsə, o zaman haqlı sual yaranır: bu reklamlar niyə televiziya kanallarında və digər platformalarda yayımlanır?"/qaynarinfo.az
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26