Interposta.Info


Bakıda klinikadan 5000 manat oğurlandı - Kassir saxlanıldı

Ölkə
 4-05-2026, 12:31     281

Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb.
Bu barədə Goldmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26