Nazir Oktay Babayevi vəzifəsindən azad etdi
Səhiyyə Nazirliyinin Aparatında daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Oktay Babayev vəzifədən azad olunub.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Oktay Babayev öz istəyi ilə vəzifəsindən ayrılıb.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



