“28 May” stansiyasında sərnişin qatar yoluna düşərək öldü
Bu gün saat 20:20 radələrində "28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.
Bu barədə Goldmedia.az-a "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



