Bu qurumlar birləşdirildi
Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib.
Goldmedia.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasına köçürülüb.
Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



