Interposta.Info

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir...

Ölkə
 14-04-2026, 15:54     223

"Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Goldmedia.az Manset.az-a istinadən xəbər verir ki, hazırda "Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün "Space”də yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı.
Goldmedia.az verdiyi xəbərə görə isə, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da "Space”də rəhbər vəzifələrdən birini tutur.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26