Interposta.Info

Sabah yağış yağacaq

Ölkə
 14-04-2026, 13:10     103


Bakıda və Abşeron yarımadasında aprelin 15-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.


Goldmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Qeyd edilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26