Interposta.Info

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib (VİDEO)

Ölkə
 2-04-2026, 21:37     63

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Goldmedia.az "Sumqayıt24”ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib.

Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar.

Hazırda uşaqların vəziyyətinin normal olduğu bildirilir.

Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26