Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik.
Goldmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik", - deyə məlumatda qeyd olunub.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



