Interposta.Info

Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı

Ölkə
 28-03-2026, 11:47     317


İntensiv yağıntılar Azərbaycanın şimal rayonlarında da ciddi fəsadlara səbəb olub.
Goldmedia.az Oxu.az-a istinadən məlumatına görə, Şabran rayonu və Xudat qəsəbəsində bir sıra əraziləri su basıb.

Xüsusilə yaşayış evlərinin həyətyanı sahələrinə və küçələrə su yığılıb qaldığı bildirilir.

Bəzi yerlərdə suyun səviyyəsi artaraq yolları keçilməz hala salıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Sakinlərin sözlərinə görə, intensiv yağıntılar nəticəsində yaranan vəziyyət gündəlik həyatı çətinləşdirib.

Qeyd edək ki, son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bir sıra bölgələrdə sel və subasma halları qeydə alınır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26