“Azərbaycan Uşaqları” İctimai Birliyi Quba şəhərində - FOTO
“Azərbaycan Uşaqları” İctimai Birliyi Quba şəhərində.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin “İrsin Davamçıları” Quba Qış Məktəbi layihəsi davam edir.
Layihə “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Quba Rayon İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı, “Macara Lake Park Hotel”in, “Kənd INN”in dəstəyi ilə Quba rayonunda həyata keçirilir.
Layihənin növbəti günündə “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin uşaqları Quba şəhərində yerləşən Hacı Cəfər məscidinə, Qırmızı qəsəbədəki dağ yəhudi icmasının sinaqoquna və Muzeyinə, Çuxur hamamına, Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Quba Soyqırımı Memorial Kompleksinə səfər edərək tanış olublar. Səfər zamanı onlar azsaylı xalqların dil müxtəlifliyi mövzusunda nümayəndələrlə görüş keçiriblər.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26















