Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb
Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.
Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlanıb:
"Xüsusən iddia ərizələri, apellyasiya, kassasiya, şikayətləri məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlər, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələ və şikayətlər, qərar layihələri süni intellekt vasitəsilə hazırlanacaq".
S.Hacıyev əlavə edib ki, bu sahədə məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir: "Vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər"./apa
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



