Qobustanda nənə və nəvə dəm qazından boğularaq öldü
Qobustanda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, nənə və nəvə həyatını itirib.
Hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib.
İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



