Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 37 %-ə yaxın artıb

Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 37 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 77,1 milyon manat investisiya qoyulub.
“İnterPosta” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,8 % çoxdur.
Təkcə martda sektora investisiya qoyuluşu 27 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 2,2 %-i informasiya və rabitə sektorunun payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26