Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib

Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib
Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli Tam Orta Məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
"İnterPosta"nın Qərb bürosunun məlumatına görə, G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi.
Qeyd edək ki, ona bir müddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilmişdi.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26