Biləsuvarda bir evdə 6 nəfər dəm qazından zəhərləndi

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26