Cəlilabadda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Cəlilabadda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB
HADİSƏ
24 Dekabr , 2024 16:11
Cəlilabadda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Cəlilabadda oteldə baş verən yanğın söndürülüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərməyən ikimərtəbəli hotelin 2-ci mərtbəsində bir otaqda yanğın qeydə alınıb:
"Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb".
15:59
Cəlilabad şəhərindəki "Göl" hotelində yanğın başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26