Interposta.Info

Pirallahıda avtomobil reklam lövhəsinə çırpılıb, sürücü ölüb
 

Ölkə
 20-12-2024, 09:36     38 538

Pirallahıda avtomobil reklam lövhəsinə çırpılıb, sürücü ölüb
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Qocayev Fərhad Natiq oğluna məxsus “Mercedes” markalı avtomobil idarəetməni itirərək yolun kənarında olan reklam löhvəsinə dəyib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı rayon polis idarəsində cinayət işi başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26