Interposta.Info

Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olundu

Ölkə
 2-12-2024, 10:08     18 113

Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncamı ilə hakim təyin olunmuş şəxslər arasında Milli Məclis Aparatının 2 əməkdaşı da var.

Həmin sərəncama əsasən, Milli Məclis Aparatının əməkdaşları Müslümov Bəhruz Firizman oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Leyla Şahin qızı Şövkətli-Mənsimli isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimləri təyin olunublar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26