Maya Sandu 55,33 faiz səslə qalib gəlib - YENİLƏNİB
Maya Sandu 55,33 faiz səslə qalib gəlib - YENİLƏNİBMaya Sandu
Moldovanın hazırkı prezidenti Maya Sandu 55,33 % səslə seçkilərdə qalib gəlib.
"Report" Moldova KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası səslərin 100 faizinin hesablanmasından sonra məlumat verib.
11:30
Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
"Report"un Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.
Eyni zamanda, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.
Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26