İsmayıllıda meşədə qanunsuz ağac kəsən 8 nəfər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə "İnterPosta"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26