ADSEA: Milli Su Strategiyası Nazirlər Kabinetində təsdiq mərhələsindədir

ADSEA: Milli Su Strategiyası Nazirlər Kabinetində təsdiq mərhələsindədirƏliağa Əzizov
Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.
"Report" xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib.
"İlk addım olaraq bu sahədə elm və innovasiya məsələsinə baxmalıyıq. İctimaiyyəti, tələbələri və müəssisələri cəlb edərək araşdırma aparmalıyıq. Bu sahədə kifayət qədər yerli ekspertimiz yoxdur. Ona görə də əlavə dəstəyə ehtiyacımız var. Bununla bağlı Niderland tərəfini də cəlb etməyə çalışırıq", - deyə o əlavə edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26