Interposta.Info

Bakı metrosunun bir stansiyasında təmir işləri aparılacaq: Qatarların hərəkət qrafiki DƏYİŞƏCƏK

Ölkə
 13-09-2024, 21:55     44 731

Bakı metrosunun "Həzi Aslanov" stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinin başlanılması gözlənilir. Bu barədə əlavə məlumatlar veriləcək. Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq", - deyə B.Məmmədov əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26