Interposta.Info

Seçim mərhələsi başlayır
 

Ölkə
 22-07-2024, 21:27     27 511

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Namizədlər iyulun 26-sı saat 11:00-dan iyulun 28-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

Test imtahanında keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır

Xatırladaq ki, vakant yeri tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26