Interposta.Info

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Ölkə
 19-07-2024, 15:10     43 393

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26