Küləklə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycanda iyulun 18-19-da əsasən gündüz saatlarında bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə "İnterPosta"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı, İsmayıllıda şərq küləyinin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26