Interposta.Info

Dağlıq ərazilərdə qar yağdı - FAKTİKİ HAVA

Ölkə
 11-03-2024, 11:49     22 159

Martın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 11 sm, Şahbuzda 4 sm, Şahdağda 2 sm, Altıağac, Xaltan, Gədəbəy, Kişçay (Şəki), Qusarda 1 sm olub.
Düşən yağıntının miqdarı Lənkəran, Beyləqanda 24 mm, Sabirabadda 22 mm, Biləsuvarda 19 mm, Oğuzda 17 mm, İmişlidə 15 mm, Göyçay, Zərdabda 13 mm, Yardımlı, Astara, Ağdamda 12 mm, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Tərtər, Kürdəmir, Lerik, Qəbələ, Şəki, Neftçala, İsmayıllı, Gədəbəy, Qobustan, Naxçıvan, Sədərək, Şərur, Ordubad, Culfa, Şahbuz, Quba, Qusar, Şabran, Cəlilabad, Şirvan, Balakən, Zaqatala, Qax, Şamaxı, Qrız, Şahdağ, Altıağac, Xaltanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.

Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Qusar, Qrız, Tərtər, Kürdəmir, Göyçay, Sabirabad, Biləsuvar, Lerik, Sumqayıtda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-3, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26