Interposta.Info

Baş nazirdən qərar: Daha bir qurumda maaşlar artırıldı

Ölkə
 26-01-2024, 12:05     37 726

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib.

"İnterPosta"xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqlarının məbləği artırılıb. Belə ki, aylıq əməyinin ödənişi fondunun məbləği 10 080 manatdan 31 466 manata çatdırılıb. Qərar yanvarın 1-dən tətbiq edilir.

Daha bir dəyişikliklə Nazirlər Kabinetinin (NK) Monitorinq Mərkəzi ilə bağlı icra etdiyi səlahiyyətlərindən biri ləğv edilib. Belə ki, NK bundan sonra mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondu ilə qərar qəbul edə bilməyəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26