Interposta.Info

 

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Ölkə
 17-01-2024, 15:25     22 321

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 13 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-7 dərəcə isti qeydə alınıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26