Interposta.Info

ÜST: “Bayram günü koronavirusun yeni variantına yoluxmalara görə minlərlə adam ölüb”
 

Ölkə
 11-01-2024, 18:14     38 584

Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə - əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb.

O, həmçinin yoluxma nisbətinin digər ölkələrdə də artdığı, lakin onların müvafiq məlumatı təşkilatla paylaşmadıqları barədə gümanını da dilə gətirib.
Qebreyesus bütün dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb.

ÜST rəhbəri, mövcud peyvəndlərin “JN.1” virus variantından müəyyən qədər qoruma təmin etdiyini bildirib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26