Interposta.Info

Prezident seçkisinin monitorinqini aparacaq QHT koalisiyası yaradılıb

 

Ölkə
 28-12-2023, 19:38     92 752

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisinin monitorinqini keçirəcək QHT koalisiyası yaradılıb.

Bu barədə APA-ya “Mənim səsim” Seçki-Monitorinq Koalisiyasından məlumat verilib.

Bildirilib ki, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkisinin monitorinqini həyata keçirmək məqsədi ilə “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasını təsis ediblər.

“Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək” - Koalisiyanın bəyanatında bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26