Interposta.Info

Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
 

Ölkə
 28-12-2023, 11:46     58 183

31 dekabr-6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, üç bank üzrə yeddi satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış beş valyuta mübadiləsi məntəqəsi (o cümlədən, biri 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf

https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf

https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26