Interposta.Info

Təhsil üçün Azərbaycanı seçən əcnəbilər (ŞƏRH)
 

Ölkə
 26-12-2023, 20:08     27 557

"Xaricdən gəlib, Azərbaycanda təhsil almaq stəyənlərin sayı artıb”.

Bunu "İnterPosta"ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, Türkiyədən gələn tələbələrin əksəriyyəti Memarlıq və İnşaat Universitetinə müraciət edir:

"Artıq İrandan elmi iş arxaşınca gələnlər çoxalıb. Artıq Azərbaycanda ingilis, rus dilində təhsilin keyfiyyətində dönüş var. Bu baxımdan, xarici tələbələrin Azərbaycanda təhsil almasında hər hansı problem olmayacaq”.

Məzahir Məmmədli qeyd edib ki, xaricdən gəlib Azərbaycanda təhsil alan tələbələrin sayının artması ürəkaçandır:

"Onun həqiqiliyinə heç kəsin şübhəsi yoxdur. Yaxşı olardı ki, xarici vətəndaşlar üçün həyata keçirilən qəbul qaydaları bizim vətəndaşlara da tətbiq olunsun. Xaricdən Azərbaycana gəlib təhsil alan tələbələr heç bir imtahandan keçimirlər. Onlar ödənişli şərtlər altında sənədlərini universitetlərə təqdim etməklə orada daxili müsabiqədən keçmək şərti ilə tələbə adını almış olurlar. Eyni şərtlərlərlə Azərbaycan tələbələri də xarici ölkələrdə rastlaşırlar, atestatlarını təqdim etməklə istədiyi universitetlərin tələbəsi ola bilirlər”.

Ekspert Dövlət İmtahan Mərkəzinin fərqli bir statusa keçməsini təklif edib:

"Qəbulhər kəs üçün əlçatan olmalıdır. Amma kimin yüksək iddiası var, yəni keyfiyyətli və pulsuz təhsil almaq istəyirsə, onlar üçün ayrıca kriteriyalar müəyyənləşməlidir. Dövlət İmtahan Mərkəzi də həmin şərtlər altında imtahan keçirə bilər”.

Qeyd edək ki, bu il Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26