Interposta.Info

Daha 22 ailə doğma Füzuli şəhərinə qayıdır - YENİLƏNİR 

 

Ölkə / Manşet
 18-12-2023, 09:27     20 535

Füzuli şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb.

"İnterPosta"-ın məlumatına görə, bu gün Füzuli şəhərinə daha 22 ailə (94 nəfər) köçürülür.

06:39

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınır.

"İnterPosta"-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə (94 nəfər) köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26