DYP paytaxt sakinlərinə xəbərdarlıq etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin "Report"a verdiyi məlumata görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində keçiriləcək.
Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.
"Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar. Qonaqların tədbir yerlərunə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - A.Əsgərli vurğulayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26