Interposta.Info

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

 

Ölkə
 7-09-2023, 12:39     162

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-u gündüzə qədər davam edəcək. Bununla əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, bu müddət ərzində Balakən-Şəki bölgəsi ərazisindən axan Talaçay, Şinçay, Şişçay, Kürmükçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsi ərazisindən axan Əlicançay, Türyançay, Göyçay, Dəmiraparançay, Dağlıq Şirvan bölgəsi ərazisindən axan Girdimançay, Pirsaatçay və Quba-Qusar bölgəsi ərazisindən axan Qaraçay, Vəlvələçay, Qudyalçay, eyni zamanda, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə bölgəsi ərazisindən axan Ərsikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Gorançay, Qarabağ-Şərqi Zəngəzur bölgəsi ərazisindən axan Köndələnçay, Quruçay, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay, Viləşçay, Təngərudçay, Bolqarçay, transsərhəd çay olan Qabırrıçayda sel gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26