Interposta.Info

 

Ölmədən özünə məzar düzəltdirən qadın - VİDEO

Ölkə
 5-09-2023, 11:50     110

Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Qardabanidə olan məzar hər kəsin təəccübünə səbəb olur.

Yan-yana iki qəbir və başdaşı olsa da, məzarın bir tərəfi elə baş daşının üzəri kimi boşdur. Səbəbi isə eşidən, duyan hər kəsi heyrətləndirir.

Sözügedən boş məzar soydaşımız Leyla Qurbanovanındır. Hər nə qədər qəribə səslənsə də, Leyla nənə öz məzarını özü düzəltdirib, hətta baş daşını belə qoyub.

“4 il əvvəl həyat yoldaşım vəfat etdi. Heç kimə əziyyət verməmək üçün yoldaşımın məzarı ilə birlikdə öz məzarımı da düzəltdirdim”, - deyə 71 yaşlı qadın bildirib.
Qeyd edək ki, Leyla Qurbanova Qardabani rayonunda ölmədən öncə özünə məzar hazırladan yeganə soydaşımız deyil. Rayondakı qəbiristanlıqda bunun kimi hazırlanmış başqa boş məzarlara da rast gəlmək mümkündür.

Baku TV-nin video sujeti dəqdim edirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26