Interposta.Info

Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var

Ölkə
 29-08-2023, 09:25     206


“Azərbaycan Dəmir Yolları”na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan “Azsamand” markalı avtomobil dəmiryol keçidində qatara çırpılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.
“ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini azaltmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”, - deyə QSC-dən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26