Interposta.Info

 

Azərbaycanda “Həyatın yığım sığortası”nın imkanları məhdudlaşdırılır

Ölkə
 25-08-2023, 15:34     104

Azərbaycan Mərkəzi Bankının qərarına əsasən ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırırlar.

Bu barədə “Report”a sığorta şirkətlərindən bildirilib.

Belə ki, bu ilin sentyabrın 1-dən heç bir həyat sığorta şirkəti kredit xətti təklif etməklə müştərini bu məhsulun əldə edilməsinə cəlb edə bilməyəcək.

Qeyd edək ki, “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5%-lə kredit xətti təklif edirlər.
Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50% və ya 72% (ə/h-dan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.

Kredit xəttinin üstünlüyü ondan ibarətdir ki, əməkhaqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödənilməsi müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 5 həyat sığorta şirkəti fəaliyyət göstərir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26