Interposta.Info

Leysan yağacaq, şimşək çaxacaq: Sabahın hava proqnozu açıqlandı
 

Ölkə
 25-08-2023, 12:42     243

Azərbaycanda avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz isə 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26