İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı - Nərminin atası nə tələb edir?
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
APA xəbər verir ki, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar verib. İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, qərara əsasən, İlkin Süleymanovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Bu, zərərçıkən tərəfin – Nərminin atası Şərif Quliyevin hökmdən verdiyi apellyasiya şikayəti ilə bağlıdır. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdıb. Ona görə də şikayət verilməsinin mümkünlüyünə birinci instansiya məhkəmsində baxılacaq.
Yekun qərar elan olunana qədər proses təxirə salındığı elan olunub.
Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsindəki hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26